Ifrat — Söhbəti Dəyişəydin Mahnı Sözləri (Lyrics) - Şarkı Sözü

12 Ekim 2021 Salı

Ifrat — Söhbəti Dəyişəydin Mahnı Sözləri (Lyrics)

Herkese merhaba arkadaşlar. Şarkı sözü sitemizde bu yazımızda Azerice bir şarkıyla sizlerle birlikteyiz. Bugün sizlere Ifrat — Söhbəti DəyişəydinMahnı Sözlərini sunmaya çalışacağız. Bu ve bunun gibi binlerce şarkının sözleri için bizi takip etmeyi unutmayınız.

"Ifrat — Söhbəti Dəyişəydin"

(Bənd)
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.

(Nəqarət)
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?!
Söylə, ürəyincəmi?!

(Bənd)
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən, ey əsmər bənizli.

(Nəqarət)
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?!
Söylə, ürəyincəmi?!

Ifrat — Söhbəti Dəyişəydin Şarkı Sözleri, Ifrat — Söhbəti Dəyişəydin Mahnı Sözləri

Arkadaşlarınla Paylaş

Yorum yap