Almaxanım - Unutdum Mahnısı və Sözləri - sarkisozu.co Lyrics

23 Kasım 2021 Salı

Almaxanım - Unutdum Mahnısı və Sözləri

Almaxanım - Unutdum  Mahnısı və Sözləri Lyrics

İnandım əhdinə, inandım sənə
İnandım dediyin hər bir kəlmənə
İnandım eşqinə mən dönə - dönə
Qəlbimi ovlayıb məni unutdun

Aldanıb eşqini müqəddəs sandım
Gecə də, gündüz də bu eşqə yandım
Hər yerdə, hər anda mən səni andım
Sonunda sevgilim səni unutdum

Unutdum, unutdum səni unutdum
Sonunda sevgilim səni unutdum

Sənə inamımdır tarimar olan
Sevən ürəyimdir kədərlə dolan
Acı xatirədir Sadiqə qalan
Yaxşı ki, vaxtında səni unutdum

Sanırdım həyatda həmdəmim sənsən
Sanırdım sevincli hərdəmim sənsən
Düşündüm qədrimi yəqin bilərsən
Sənsə sevgilim özgəni tutdun

Unutdum, unutdum səni unutdum
Sonunda sevgilim səni unutdum

Almaxanım - Unutdum Mahnısı Sözləri Lyrics

Arkadaşlarınla Paylaş

Yorum yap