Talıb Tale - Bir dənəm Mahnısı və Sözləri - sarkisozu.co Lyrics

23 Kasım 2021 Salı

Talıb Tale - Bir dənəm Mahnısı və Sözləri

Talıb Tale - Bir dənəm Mahnısı və Sözləri Lyrics

Nə baxış bu xumar gözlüm
Mənə vardırmı sözün
Dilin anlada bilməsə
Anladar bunu gözün

Sevmək ürək oynadır
Şirin hisləri oyadı
Baxışların nələr deyir
Gözlər qəlbinə aynadır

Sevgi bir elə güldür
O sevincə qoxunur
İndi o zərif hislər
Ürəyimə toxunur

Nə gözəl gözəl olur
Sevgi ilə baxan gözlər
Sevirsən məni səndə
Gözlərindən oxunur

Gözlərində bir istək var
Ürəyindəki bir mənəm
Sevdim sevgimə dəstək var
Bir dənəmsən bir dənəm

Nə gözəl baxdın gülüm
Nə gözəl vaxdın gülüm
Ömrun baharın yazında
Mənəm qismət baxdın gülüm

Eşqin çox hərarəti
Sənə qəlbin əmanəti
Gözlərdə baxışlarda
Əsil eşqın əlaməti

Tək səninəm çək nəfəsinəm
Gözlərə nəm sevgin istəyindən
Düşsün bir dənəm

Talıb Tale - Bir dənəm Mahnısı Sözləri Lyrics

Arkadaşlarınla Paylaş

Yorum yap