Islama Abdullayeva Gülüşlər Mahnısı Sözləri - sarkisozu.co Lyrics

1 Aralık 2021 Çarşamba

Islama Abdullayeva Gülüşlər Mahnısı Sözləri

Islama Abdullayeva Gülüşlər Mahnısı və Sözləri Lyrics

Gülüş vardır səslərinə tunc əkslər yapdırır,
Gülüş vardır könülləri rüzgarlara qapdırır.
Bəzi tikər könüllərdə alovlardan bir məbəd,
İllər boyu atəşinə insanlığı tapdırır.

Bürünərək çoхu ipək füsunlu bir çarşafa
Saçır büllur təbəssümlər, əyləncələr ətrafa.
O pərdəyi parçalasaq can atarız nəhayət
Və başlarız göz yaşları aləmini təvafa.

Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi,
Zəncirləyər uçanları halqalandıqca bəzi,
Bəzi sıcaq görüşlərə doğru yollar göstərir.
Fəqət onun gülüşləri bir qönçəyə yaslanan

Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman
Gənc ömrümə yüksəlməkçün qanad vеrir, can vеrir.

Islama Abdullayeva Gülüşlər Mahnısı Sözləri Lyrics

Değerli düşüncelerinizi yorumlarda belirtiniz lütfen.

Yorum Yap (Anonim Olarak Yapabilirsiniz)